Elmira Süleymanova: “Beynəlxalq ictimaiyyətdən Xocalı hadisələrini soyqırımı kimi tanımağı və günahkarları cəzalandırmasını gözləyirik” - MÜSAHİBƏ
- Təəssüflər olsun ki, hər bir xalqın tarixində təkcə müsbət deyil, faciəvi hadisələr də baş verir və bu hadisələr dünya tarixində öz əksini tapır. 1992-ci ildə baş verən Xocalı faciəsi də belə hadisələrdən biridir. O vaxtdan 17 il keçsə də, həmin dəhşətli anları əks etdirən şəkillər, sənədli kadrlar hələ də gözlərimiz önündədir. Ən əsası isə bu faciənin canlı şahidləridir. Məhz bu insanlar bütün dünyaya həqiqəti açıqlamalıdır.
- Xocalıda baş verən hadisələrə “soyqırımı” anlayışına uyğun gəlirmi?
- Sözsüz. Xocalıda fevralın 25-dən 26-na keçən gecə sözün əsl mənasında soyqırımı aktı törədilib. Erməni hərbi birləşmələri 366-cı motoatıcı alayın köməyi ilə müxtəlif hissələrdən şəhərə daxil olublar. Çoxlu sayda insan öldürülüb və yaralanıb. Rəsmi məlumatlara görə, Xocalıda 613 dinc sakin öldürülüb, lakin bunlar yalnız şəxsiyyətini müəyyənləşdirmək mümkün olmuş insanlardır. Əslində isə Xocalıda soyqırımına məruz qalan insanların sayı rəsmi rəqəmlərdən xeyli çoxdur. Dəhşət içində olan dinc sakinlər uşaqları, ahıl qocaları və əlilləri atəş altında çıxararaq meşəyə doğru hərəkət ediblər, lakin Naxçıvanik kəndində onları qarşılayan erməni silahlıları soydaşlarımızı xüsusi amansızlıqla qətlə yetirib. Bu faktlar dəhşət filmlərini xatırladır, yəqin ki, bu insanlıq tarixində analoqu olmayan hadisədir. Bu cinayəti təsdiqləyən çoxlu sayda sənədlər, filmlər var. Lakin qeyd etdiyim kimi, biz Xocalıda baş verənlərin canlı şahidləri vasitəsilə orada əsir götürülmüş, işgəncələrə məruz qalmış insanlar barədə yeni məlumatlar toplamağa çalışırıq.
Hər il Xocalı faciəsinin ildönümü ərəfəsində Ombudsman Aparatında tədbirlər keçiririk. Hər il Xocalı sakinlərinin səsini dünyaya çatdırmaq, həqiqətləri beynəlxalq ictimaiyyətə açıqlamaq üçün dünyaya mesaj göndəririk. Həmçinin hər il Xocalıda baş verənlərlə bağlı yeni-yeni məlumatlar toplayırıq. Hər şeydən əvvəl əlimizdə olan sənədlər əsasında toplanmış dəlillər göstərir ki, bu, soyqırımıdır. Bu hadisələr insanları milli zəmində əvvəlcədən planlaşdırılmış şəkildə qismən və tam məhv edilməsini soyqırımı kimi qəbul edən beynəlxalq hüquq normalarına uyğundur. Xocalıda məqsədyönlü şəkildə dinc əhalinin milli, etnik zəmində məhv edilməsi prosesi baş verib. Ümumiyyətlə, işğal prosesi zamanı çox millətli və müxtəlif dinlərə tapınan Azərbaycan əhalisinin bütün nümayəndələri öldürülüb və təqiblərə məruz qalıb. Azərbaycanda 80 millət və 80-dən artıq etnik qrup yaşayır. Erməni təcavüzünün qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanına gedən zaman orada müxtəlif millətlərin nümayəndələrinin – rusların, yəhudilərin, ləzgilərin və başqa xalqların təmsilçiləri olan gənc, qadın, uşaq və qocaların məzarları diqqəti cəlb edir. Etdiyimiz müraciətdə beynəlxalq birliyin diqqətinə çatdırılır ki, ölkədə prezident Heydər Əliyevin təşəbbüsü ilə Xocalı hadisələrinə soyqırımı aktı kimi qiymət verilib və biz beynəlxalq birliyin də bu soyqırımı aktını tanımasını, təkcə müəyyən qrup şəxslərin deyil, insanlığa qarşı cinayət törətmiş bütün məlum olan simaları cəzalandırmasını istəyirik. Bu il qeyd etdiyimiz tədbirlərə daha bir böyük aksiyanı daxil etmişik. Təhsil Nazirliyinin dəstəyi ilə bütün məktəblərdə uşaqlar arasında imza toplama kampaniyası keçirilir. İmza atan uşaqlar öz səsləri ilə beynəlxalq ictimaiyyətə müraciət edərək hakimiyyətə malik olan insanları sülh prosesini bərqərar etməyə və regionda sülhün bərqərar olmasına yardım göstərməyə çağırırlar.
- Beynəlxalq ictimaiyyəti Xocalıda baş verən hadisələrlə bağlı daha geniş məlumatlandırmaq istiqamətində daha hansı addımlar atılır? Xarici ölkələrdə bu məsələyə maraq varmı?
- Bəli. Pirşağı qəsəbəsində bir qrup Xocalıdan olan məcburi köçkün yaşayır. İki il əvvəl Ukraynanın Azərbaycandakı səfiri oraya çəkiliş qrupu göndərmişdi. Mən onlarla birgə çalışmışam. Sənədli kadrlardan istifadə olunaraq real çəkiliş apardılar. İndi həmin film hər il Xocalı hadisələrinin ildönümü ərəfəsində Ukrayna telekanallarında nümayiş olunur. Analoji işlər dünyanın müxtəlif ölkələrində də həyata keçirilir, bəzi ölkələrdə filmlər nümayiş olunur, digərlərində kütləvi aksiyalar keçirilir. Biz beynəlxalq ictimaiyyəti həmin kütləvi qırğınlar zamanı bir çox ailələrin tam və ya qismən məhv edildiyi, çoxlu sayda insanın əsir götürüldüyü barədə məlumatlandırırıq. BU ailələrin ağrı-acısını təbii ki, bütün Azərbaycan xalqı bölüşür. Bundan başqa yuxarıda qeyd etdiyim kimi biz böyük beynəlxalq konfrans keçirməyə hazırlaşırıq. Bu tədbiri təqribən mayın sonlarında baş tutacaq. Artıq konfransa hazırlıq işləri gedir, biz buraya beynəlxalq ekspertləri, beynəlxalq təşkilatların nümayəndələrini dəvət eləməyə hazırlaşırıq. Bu tədbir keçirmək naminə tədbir olmayacaq. Dünya ictimaiyyəti həqiqəti bilməyənə qədər heç bir tədbir görməyəcək. Buna görə də biz Xocalı faciəsini əks etdirən bütün filmləri, sənədləri, faciənin qurbanlarının şəkillərinin əks olunduğu kitabları yaymağa çalışırıq.
İnanıram ki, ədalət zəfər çalacaq və Azərbaycan xalqı bu təcavüz nəticəsində pozulmuş hüquqlarını tam şəkildə reallaşdırmaq imkanı qazanacaq.
Daxili siyasət
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Xəbər Lenti
Korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında tutulub
Altı ayda korrupsiya ilə bağlı 78 cinayət işinin ibtidai istintaqı tamamlanıb
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
Baş Prokurorluq: 3,8 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib
Kərim Vəliyev Belarusda bir sıra hərbi obyektlərdə olub
APA TV-nin baş direktoru: Dini sabitliyin qorunmasında medianın rolu böyükdür
Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yük dövriyyəsi altı dəfə artıb
Tərtərdə minik avtomobili yük maşını ilə toqquşub, 2 nəfər ölüb
ƏƏSMN-də Beynəlxalq Valyuta Fondunun missiyası ilə görüş keçirilib
Kiberpolis “TikTok”, “Instagram” və “Telegram”da süni intellektlə qadınları şantaj edən şəxsləri saxlayıb - VİDEO
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
Bakıda prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub
Hindistanda dini festival zamanı izdihamda iki nəfər ölüb, 100-ə yaxın şəxs xəsarət alıb
Bakıda bu il cinayət işləri üzrə 6,4 milyon manatlıq ziyan ödətdirilib
Ukrayna Krımda Rusiyanın Su-24M bombardmançısını məhv edib
Sırski Fedorova təşəkkür edib, müharibəyə fokuslanmağa çağırıb
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
Bakıda açıq ərazidə yanğın başlayıb
Kəlbəcərdə 5 gün əvvəl çayda batan azyaşlının meyiti tapılıb - YENİLƏNİB-1
“Reuters”: İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb
Azərbaycan-Fələstin münasibətləri: Prezidentin siyasəti İslam həmrəyliyinin praktik modelidir - RƏY
Bakının normallaşma addımları fonunda Rusiyada Azərbaycan əleyhinə yeni informasiya kampaniyası: Məqsəd nədir? - TƏHLİL
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib
Tether ABŞ sanksiyalarından sonra İranın 131 mln. dollarlıq kriptoaktivlərini dondurub
Qusarda dini mövzuların mediada təqdimatı ilə bağlı konfrans keçirilir
İran Küveytə dron hücumu edib
Quba sakinini cərəyan vuraraq öldürüb
Avqustun 1-dək Bakı–Balakən istiqamətində qatarlar yalnız Qax stansiyasınadək hərəkət edəcək
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
Yevlaxda 92 yaşlı qadının meyiti tapılıb
Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin "Eternity-2026" təlimi keçiriləcək
DOST Agentliyinin Müşahidə Şurasının iclası olub
Qubada iynədən şoka düşən hamilə əməliyyatdan sonra ölüb, araşdırma aparılır - YENİLƏNİB-1
m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri - sürətli, birbaşa, komissiyasız
Naxçıvanda əhalinin sayı açıqlanıb
“FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlayıb
Kreml hazırda Ukrayna ilə danışıqlar prosesinin bərpası perspektivini görmür
Fedorov Sırskini sərt tənqid edib: Bu yanaşma ilə qələbə qazanmaq mümkün olmayacaq
Rusiya və Ukrayna arasında meyit mübadiləsi olub
Türkiyə Ukrayna üçün təhlükəsizlik təminatlarının dəniz komponentinə rəhbərlik edəcək
Dövlət Agentliyi Azərbaycan dənizçilərini müharibə zonalarından uzaq durmağa çağırıb
Ukraynanın yeni Baş naziri təyin edilib
“Azərpoçt” ÜPİ-nin Xidmət Keyfiyyəti Fondunun İdarə Heyətinin 95-ci iclasına ev sahibliyi edir
Zelenski: Sentyabrın 23-dək səfərbərlik problemi həll olunmalıdır
“AzerGold” vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumları ilə bağlı diqqətli olmağa çağırır
Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb