Bank Of Baku

Milli Məclisin nümayəndə heyəti İsveçrəyə səfər edəcək

Milli Məclisin nümayəndə heyəti İsveçrəyə səfər edəcək
# 26 fevral 2009 11:06 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Martın 2-də Milli Məclisin vitse-spikeri Bahar Muradovanın rəhbərliyi ilə bir qrup deputat İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun toplantısında iştirak etmək üçün Bernə səfər edəcək. Bu barədə APA-ya Azərbaycanın İsveçrədəki səfirliyindən məlumat verilib. Azərbaycan nümayəndə heyətinin səfəri martın 5-dək davam edəcək. Toplantıda Azərbaycan-İsveçrə münasibətlərinin mövcud durumu müzakirə ediləcək, parlamentlərin fəaliyyəti barədə məlumat mübadiləsi aparılacaq. Qeyd edək ki, qarşı tərəfdən İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupuna İsveçrə Milli Şurasının sabiq sədri Kristin Eqerzeqi-Obrist sədrlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR