Bank Of Baku

Qarabağ və Respublika Uğrunda Hərəkatdakı bəzi partiyalar icazəsiz aksiyaların keçirilməsini təklif ediblər

Qarabağ və Respublika Uğrunda Hərəkatdakı bəzi partiyalar icazəsiz aksiyaların keçirilməsini təklif ediblər
# 26 fevral 2009 11:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ və Respublika Uğrunda Hərəkatda təmsil olunan bəzi partiyalar referendum öncəsi icazəsiz kütləvi aksiyaların keçirilməsini təklif edirlər. Hərəkatda təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, Bakı şəhər İcra Hakimiyyəti hərəkatın aksiyalarına icazə vermədiyi üçün hazırda bu məsələ qurumda müzakirə mövzusudur: “Amma mən belə hesab edirəm ki, hökumətlə razılaşdırılmamış aksiyalar keçirməyə ehtiyac yoxdur. Əvvəla, cəmiyyətdə bir razılaşma vəziyyətinə gəlməliyik. İkincisi də razılaşdırılmamış aksiyalar ictimai diqqəti bir qayda olaraq əsas məsələdən yayındırır. Hesab edirəm ki, biz mümkün qədər sivil yolla hərəkət etməliyik”.

S. Cəlaloğlu bildirib ki, şəhər rəhbərliyinin kütləvi aksiyalar üçün ayırdığı yerlərdə mitinqlər keçirmək heç bir halda mümkün deyil: “Təşkilatçıların razılığı olmadan şəhər rəhbərliyi tərəfindən aksiya üçün yer ayrılması “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna, beynəlxalq hüquqa və Konstitusiyaya ziddir. Vətəndaşların dövlət məmurlarının qanuna zidd göstərişlərini icra etmək öhdəliyi yoxdur”. S. Cəlaloğlunun sözlərinə görə, referendum qabağı təbliğat-təşviqat kampaniyası üçün ayrılan yerlərdən yalnız görüşlər üçün nəzərdə tutulan “Bakı” və “Təbriz” kinoteatrları məqbul hesab olunur. O, həmin kinoteatrlarda seçicilərlə görüşlərin keçiriləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR