Bank Of Baku

Arif Hacılı: “Demokratiya Uğrunda İttifaqın qəbul etdiyi qərarlarla maraqlanmıram”

Arif Hacılı: “Demokratiya Uğrunda İttifaqın qəbul etdiyi qərarlarla maraqlanmıram”
# 26 fevral 2009 14:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Demokratiya Uğrunda İttifaqın Qarabağ və Respublika Uğrunda Hərəkatda təmsilçisi təyin olunmağıma baxmayaraq, bu günə qədər hərəkatın heç bir toplantısına dəvət edilməmişəm”. Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Bəybala Əbil deyib. Onun sözlərinə görə, DUİ-nin hərəkatla əməkdaşlıq qərarından sonra qarşı tərəfə müraciət edilib və toplantılarda, qərarların qəbulunda iştirak edəcəyini bildirib: “Amma bizə hələ heç bir real cavab verilməyib. Buna görə də qurumların arasında əməkdaşlıq yoxdur”.

Demokratiya Uğrunda İttifaqda təmsil oluna Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə APA-ya bildirib ki, hərəkatla ittifaq arasında əməkdaşlıq birtərəfli qaydada həyata keçirilə bilməz: “Baxmayaraq ki, hamı bu əməkdaşlığa sözdə “hə” deyib, əməldə heç kim heç bir addım atmayıb. Bu istiqamətdə biz əlimizdən etmişik. Biz əməkdaşlıqla bağlı qərar qəbul etmişdik, buna hazırıq”. M. Mirəlioğlunu sözlərinə görə, hazırda tərəflər arasında heç bir əməkdaşlıq yoxdur: “Bunun səbəbi isə bizimlə bağlı deyil. Biz əməkdaşlığa hazırıq, amma bizimlə əməkdaşlıq edən yoxdur”.

Qarabağ və Respublika Uğrunda Hərəkatda təmsil oluna Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə APA-ya bildirib ki, o, DUİ-nin qəbul etdiyi qərarlarla maraqlanmır: “Həmin qurum referendum prosesindən özünü kənarda qoyub və buna görə də faktiki olaraq bu qurumun qəbul etdiyi qərarlarla maraqlanmıram. Hərəkat öz fəaliyyətini şəffaf həyata keçirir, toplantılarımız barədə nəinki fəal siyasi qüvvələr, Azərbaycan ictimaiyyətinin hər bir nümayəndəsinin məlumat əldə etmək imkanları var. Ona görə də düşünürəm ki, belə fikirlər bildirməklə proseslərdə fəal iştirak etməmək üçün atılan addımların pərdələnməsi üçün bu şəkildə bəhanələr davam etdirilir. Həmin ittifaqda olanlara vaxtilə əməkdaşlıqla bağlı şifahi şəkildə müraciət edildi. Amma Azərbaycan siyasi təcrübəsində əvvəllər olmayan bir hal baş verdi, onlar yazılı müraciət tələb etdilər və bəhanənin kəsilməsi üçün yazılı da müraciət edildi. Amma həmin müraciətə də bir bəhanə qoşuldu”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR