Bank Of Baku

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının iclası keçirilib

Milli Məclisin Hüquq siyasəti və dövlət  quruculuğu komissiyasının iclası keçirilib
# 27 fevral 2009 10:06 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Həbs yerlərində saxlanılan şübhəli və təqsirləndirilən şəxslərin hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında” qanun layihəsi müzakirə olunub. Komissiya sədri Əli Hüseynov bildirib ki, sənəd Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada şübhəli şəxs qismində tutulan və ya haqqında həbs qətimkan tədbiri seçilən şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının təmin edilməsi sahəsində münasibətləri tənzimləyir. Qanun layihəsində hərbi qulluqçuların hauptvaxtda saxlanması, saxlanma şəraiti və rejimi, həbs yerlərinin daxili intizam qaydaları, şübhəli şəxslərin yazışma hüququ və digər məsələlər öz əksini tapıb. Bildirilib ki, sənədin parlamentdə ilk oxunuşda müzakirəsi zamanı söylənilən qeyd və təkliflər nəzərə alınıb, qanun layihəsi xeyli təkmilləşdirilib.

Sənəd ikinci oxunuşda Milli Məclisin müzakirəsinə tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR