Bank Of Baku

ADP üzvünün apellyasiya şikayəti qismət təmin edilib

ADP üzvünün apellyasiya şikayəti qismət təmin edilib
# 27 fevral 2009 12:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Şirvan Apellyasiya Məhkəməsi Azərbaycan Demokrat Partiyası (ADP) İmişli rayon təşkilatının sədri Məhbub Zülfüqarovun apellyasiya şikayətinə baxıb. Məhkəmədən APA-ya verilən məlumata görə, hakim Əhməd Əhmədovun sədrliyi ilə keçirilən prosesdə M. Zülfüqarovun apellyasiya şikayəti qismən təmin edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə ADP-çinin 3 min manat cərimə ödəməsi ilə bağlı İmişli rayon Məhkəməsinin çıxardığı qərar ləğv edilib, barəsində çıxarılan 1 il icbari iş cəzası isə saxlanılıb.

Qeyd edək ki, M. Zülfüqarova qarşı qaldırılan iddiaya görə, onun imzası ilə “Hürriyyət” qəzetində ötən il dərc edilən məqalədə İmişli rayon Mərkəzi Bazarının müdiri Əziz Quliyevin şərəf və ləyaqəti tapdanıb. Bazar müdiri iddiasında Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə cinayət işinin başlanmasını və M. Zülfüqarovun 50 min manat həcmində maddi təzminat ödəməsini istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR