Bank Of Baku

Qarabağ və Respublika Uğrunda Hərəkat və Müasir Müsavat Partiyasının mitinqlə bağlı müraciəti müsbət cavablandırılıb

Qarabağ və Respublika Uğrunda Hərəkat və Müasir Müsavat Partiyasının mitinqlə bağlı müraciəti müsbət cavablandırılıb
# 27 fevral 2009 14:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ və Respublika Uğrunda Hərəkatın və Müasir Müsavat Partiyasının martın 1-də mitinq keçirmək üçün müraciətinə müsbət cavab verib. Adıçəkilən qurumlardan APA-ya verilən məlumata görə, paytaxt meriyası bu təşkilatların Səbayel rayonu Bibiheybət qəsəbəsində yerləşən “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin stadionunda mitinq keçirmələrini məqsədəuyğun hesab edib. Hərəkatda təmsil olunan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə APA-ya deyib ki, Qarabağ və Respublika Uğrunda Hərəkat adıçəkilən ünvanda mitinq keçirmək istəyində deyil və BŞİH-nin bu addımını konstitusion hüquqların pozulması kimi dəyərləndirir.
Müasir Müsavat Partiyasının mətbuat xidmətindən verilən məlumatda isə qeyd olunub ki, partiya paytaxt meriyasının təklifi ilə razılaşmasa da, mitinqlə bağlı hazırlıqlarını davam etdirir: ““Qarabağ və Respublika Uğrunda” Hərəkat icazəsiz mitinq keçirəcəyi təqdirdə, həmin yerdə və eyni vaxtda mitinq keçirəcəyik”.

Qeyd edək ki, “Qarabağ və Respublika Uğrunda” Hərəkatda Müsavat, Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Demokrat və Ümid partiyaları, həmçinin bir neçə ictimai təşkilat təmsil olunur. Hərəkat martın 18-də keçiriləcək referendumla bağlı təşəbbüs qrupu yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR