Bank Of Baku

Nazirlər Kabineti Novruz bayramı ilə əlaqədar 8 gün qeyri-iş günü elan edib

Nazirlər Kabineti Novruz bayramı ilə əlaqədar 8 gün qeyri-iş günü elan edib
# 27 fevral 2009 16:01 (UTC +04:00)
APA-nın məlumatına görə, qərara əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2009-cu ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib. Bu dəyişiklik Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən qəbul olunub. Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar 20-24 mart tarixi qeyri-iş günüdür. 21-22 mart tarixi istirahət gününə düşdüyündən, həmin günlər 25-26 mart iş günü ilə dəyişdirilib. Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 27 mart iş günü ilə 29 mart istirahət gününün yerini dəyişdirdiyinə görə, Novruz baramı ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27 mart tarixləri qeyri-iş günü elan olunub. 28 mart tarixi şənbə gününə təsadüf etdiyindən bayramdan sonra növbəti iş günü martın 29-dur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR