Bank Of Baku

Xocalıda ermənilərin törətdiyi soyqırım faktı ilə bağlı ictimai mühakimə keçirilib

Xocalıda ermənilərin törətdiyi soyqırım faktı ilə bağlı ictimai mühakimə keçirilib
# 28 fevral 2009 11:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Xocalı şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən işğalı zamanı soyqırım faktı ilə bağlı ictimai mühakimə keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin, Respublika Hərbi Prokurorluğunun, Müdafiə Nazirliyinin və Prezidentin Hərbi Məsələlər üzrə Müşavir Xidmətinin dəstəyi ilə keçirilən ictimai məhkəmə prosesində Xocalı faciəsi zamanı baş verən cinayətlər araşdırılıb. Hakim Mənsur İbayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Ələkbər Xəlilov ittihamı elan edib. İttihama görə, 1992-ci il fevralın 25-də erməni hərbi birləşmələri Xankəndi şəhərində yerləşən Rusiyanın 366-cı motoatıcı alayının şəxsi heyəti, silah-sursatı və zirehli texnikasının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Hücum nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər əlil olub, 1.275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz işgəncəyə məruz qalıb. 150 nəfərin taleyi isə hələ də məlum deyildir. Faciə zamanı ermənilər tərəfindən 8 ailə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərinin birini itirib. 56 nəfər isə xüsusi amansızlıqla qətlə yetirilib. Prokuror deyib ki, baş verən cinayət faktları ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırım), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 115 (müharibə qanunlarını və adətlərini pozma ), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117 (silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə), 118-ci (hərbi soyğunçuluq) maddələri ilə cinayət işi qaldırılıb. Bundan sonra prosesdə Xocalı şəhər sakinləri olan zərərçəkmişlər ifadə veriblər. Onlar erməni hərbi birləşmələrinin Xocalının işğalı zamanı həyata keçirdikləri işgəncə, qətl və digər cinayət faktlarından danışıblar.
Qeyd edək ki, bu ictimai mühakimə prosesi ilə bağlı sənədli film hazırlanacaq. Filmin bu ilin aprelində Bakıda təqdimatı keçiriləcək. Sonra isə sənədli film Haaqadakı Beynəlxalq Hərbi Məhkəməyə göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR