Bank Of Baku

Bakı, Gəncə və Şirvanda seçki prosesinə müdaxilə etməmək üzrə informasiya sessiyaları keçiriləcək

Bakı, Gəncə və Şirvanda seçki prosesinə müdaxilə etməmək üzrə informasiya sessiyaları keçiriləcək
# 28 fevral 2009 12:08 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Martın 3-dən 10-dək Bakı, Gəncə və Şirvan şəhərlərində seçki prosesinə müdaxilə etməmək üzrə informasiya sessiyaları keçiriləcək.
ATƏT-in Bakı ofisindən APA-ya verilən məlumata görə, tədbiri ofislə yanaşı Mərkəzi Seçki Komissiyası və Prezident Aparatı təşkil edib. İnformasiya sessiyalarının məqsədi seçki komissiyalarının üzvlərini bir müddət əvvəl Seçki Məcəlləsinə əlavə edilmiş seçkilərin gedişinə müdaxilə etməmək barədə maddə ilə tanış etməkdir. Sessiyalarda həmçinin ATƏT-in azad və ədalətli seçki, icra orqanları rəsmilərinin rolu və seçki komissiyalarının müstəqilliyi haqqında müddəalardan da bəhs ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR