Bank Of Baku

Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrəyə gedib

Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrəyə gedib
# 02 mart 2009 08:27 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclis sədrinin müavini, Azərbaycan–İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Bahar Muradova, deputatlar Elton Məmmədov, Asəf Hacıyev, Azay Quliyev və Asim Mollazadə İsveçrəyə səfərə gediblər. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfər zamanı İsveçrənin qanunverici orqanında İsveçrə–Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılması ilə bağlı görüşlər keçiriləcək. Tədbirlərdə Azərbaycanın tarixi və mədəniyyəti barədə ingilis dilində hazırlanmış videofilm nümayiş etdiriləcək, milli suvenirlər, musiqi alətləri və milli mətbəxi əks etdirən guşə sərgilənəcək.
Azərbaycan nümayəndə heyəti Milli Şuranın iclasına da qatılacaq. Səfər zamanı Milli Məclisin üzvləri ilə İsveçrənin Kantonlar Şurasının Prezidenti Alain Bersetin, hökumət rəsmilərinin görüşləri də nəzərdə tutulub. Azərbaycan nümayəndə heyəti isveçrəli parlamentarilərlə əlaqələrin inkişaf perspektivlərini müzakirə edəcək, ikitərəfli səfərlərin təşkilinə, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparacaqlar. Səfər martın 5-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR