Bank Of Baku

Ziyafət Əsgərov: “Ermənistan ordusunda xidmət edən zabitlər də Qarabağ uğrunda vuruşmağın mənasız olduğunu bilirlər”

Ziyafət Əsgərov: “Ermənistan ordusunda xidmət edən zabitlər də Qarabağ uğrunda vuruşmağın mənasız olduğunu bilirlər”
# 02 mart 2009 11:14 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Bu gün Ermənistan ordusunda “dedovşina” baş alıb gedir. Qarabağ erməniləri ilə Ermənistandan olan ermənilər bir-birlərinə düşmən kimi baxırlar. Vəziyyət o yerə gəlib çatıb ki, hətta Ermənistan ordusunda xidmət edən zabitlər də Qarabağ uğrunda vuruşmağın mənasız olduğunu bilirlər”. Bu sözləri APA-ya eksklüziv açıqlamasında Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri, parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov fevralın 28-də üç erməni hərbiçisinin Azərbaycan ordusunun nəzarətinə olan əraziyə keçməsi ilə bağlı məsələyə münasibət açıqlayarkən deyib. Onun sözlərinə görə, artıq erməni hərbiçiləri Qarabağın yox, öz canlarının və mədələrinin dərdini çəkirlər. Z. Əsgərov deyib ki, Azərbaycan ordusunun nəzarətində olan əraziyə keçən erməni hərbiçiləri Qarabağ uğrunda Ermənistan tərəfindən vuruşmağın mənasız olduğunu söyləyiblər: “Erməni hərbiçilərinin özləri belə deyir. Onların dedikləri ilə biz də olan digər məlumatları üst-üstə qoyanda ortada real uyğunluğun olduğunu görürük. Ermənistan ordusunda olan aclıq, fərarilik və səfalət haqqında bizdə kifayət qədər məlumatlar var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR