Bank Of Baku

“Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda” Təşviqat qrupları martın 9-də mitinq keçirmək barədə qərar qəbul ediblər

“Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda” Təşviqat qrupları martın 9-də mitinq keçirmək barədə qərar qəbul ediblər
# 02 mart 2009 11:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müxalifəti təmsil edən “Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda” Təşviqat qrupları martın 9-də mitinq keçirmək barədə qərar qəbul ediblər. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, aksiyalarla bağlı bu gün Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edilib. BŞİH-nə etdiyi müraciətdə təşkilatçılar 8 yer təklif ediblər. Bunlar Nərimanov kinoteatrının qarşısı, Füzuli meydanı, M. Əzizbəyovun heykəli qarşısı, Səməd Vurğun bağı, Prezident Aparatının 200 metrlik radiusu, “Azneft” meydanı, “Teleteatr”ın qarşısındakı meydan və Tofiq Bəhramov adına stadionun qarşısındakı meydanlardır.

Qeyd edək ki, bundan əvvəl də adıçəkilən Təşviqat qrupları iki dəfə göstərilən yerlərdə aksiya təyin etsələr də, BŞİH həmin aksiyaların Bibiheybət stadionunda keçirilməsini tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR