Bank Of Baku

“Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar bəzi normativ hüquqi aktların layihələrinin hazırlanacaq

“Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar bəzi normativ hüquqi aktların layihələrinin hazırlanacaq
# 02 aprel 2009 17:13 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam imzalayıb. APA-nın xəbərinə görə, Nazirlər Kabinetinə altı ay müddətində Konstitusiyanın 17-ci, 18-ci, 19-cu, 25-ci, 29-cu, 39-cu, 48-ci, 72-ci və 146-cı maddələrinə edilən əlavələrdən və dəyişikliklərdən irəli gələn müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb prezidentə təqdim etməyi tapşırıb.

Eyni zamanda Nazirlər Kabinetinə dörd ay müddətində qurumun və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Referendum Aktına uyğunlaşdırılmasını təmin etmək və bu barədə prezidentə məlumat vermək tapşırığı verilib.

Azərbaycan Prezidentinin Administrasiyasına tapşırılıb ki, dörd ay müddətində Konstitusiyanın 32-ci, 50-ci, 67-ci, 71-ci, 75-ci, 84-cü, 96-cı, 101-ci, 108-ci, 109-cu, 125-ci, 129-cu, 131-ci və 149-cu maddələrinə edilən əlavələrdən və dəyişikliklərdən irəli gələn müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb prezidentinə təqdim etsin.

Prezident Administrasiyasına həmçinin Konstitusiyanın 17-ci, 25-ci, 32-ci, 48-ci, 71-ci, 72-ci, 84-cü, 96-cı, 101-ci, 125-ci, 129-cu, 131-ci, 146-cı və 149-cu maddələrinə edilən əlavələrdən və dəyişikliklərdən irəli gələn müvafiq qanun layihələrini Qanun vasitəsilə Demokratiya Uğrunda Avropa Komissiyasına (Venesiya Komissiyasına) ekspert rəyinin alınması üçün təqdim etmək barədə də tapşırıq verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR