Bank Of Baku

Milli Məclis bəzi sazişləri təsdiqləyib

Milli Məclis bəzi sazişləri təsdiqləyib
# 03 aprel 2009 13:01 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında “Həbs yerlərində saxlanılan şübhəli və ya təqsirləndirilən şəxslərin hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında” qanun layihəsi müzakirə olunub. APA-nın məlumata görə, sənəd haqqında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədr müavini Rövşən Rzayev məlumat verib. R. Rzayev deyib ki,
qanun layihəsi ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə təsbit edilən insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması məqsədilə hazırlanıb.
Bu qanun həbs edilmiş şəxslərin həbs yerlərində hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində yaranan münasibətləri tənzimləyir.
5 fəsil 51 maddədən ibarət sənəd müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.
İclasda, həmçinin Azərbaycanla Yunanıstan arasında hökumətlərarası, o cümlədən Milli Bankla ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi arasında saziş layihələri təsdiqlənib.
Deputatlar “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanuna və Mülki Məcəlləyə əlavə və dəyişikliklərə də səs veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR