Bank Of Baku

“Qarabağ və Respublika Uğrunda” və “Respublikaçılar” təşviqat qrupları Apellyasiya Məhkəməsinə müraciət ediblər

“Qarabağ və Respublika Uğrunda” və “Respublikaçılar” təşviqat qrupları Apellyasiya Məhkəməsinə müraciət ediblər
# 03 aprel 2009 14:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Qarabağ və Respublika Uğrunda” və “Respublikaçılar” təşviqat qrupları martın 18-də keçirilmiş referendumla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) yekun qərarı barədə Apellyasiya Məhkəməsinə müraciət ediblər. “Qarabağ və Respublika Uğrunda” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Həsən Kərimovun APA-ya verdiyi məlumata görə, iddia icraata götürülüb. Təşviqat qruplarının iddiasına aprelin 6-da hakim Mehdi Əsədovun sədrliyi ilə keçiriləcək iclasda baxılacaq.

Qeyd edək ki, iddiada səsvermədə yetərsayın olmadığı bildirilir və MSK-nın yekun qərarının ləğvi xahiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR