Bank Of Baku

Aprelin 14-17-də Bakıda Türkiyə və Azərbaycan millət vəkillərinin iştirakı ilə konfrans keçiriləcək

Aprelin 14-17-də Bakıda Türkiyə və Azərbaycan millət vəkillərinin iştirakı ilə konfrans keçiriləcək
# 03 aprel 2009 16:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Aprelin 14-dən 17-nə qədər Bakıda Türkiyə və Azərbaycan millət vəkillərinin iştirakı ilə “Türkiyə-Azərbaycan: ortaq maraqlar və problemlər” mövzusunda konfrans keçiriləcək. Bu barədə APA-ya hazırda Türkiyədə olan Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı məlumat verib. O, Türkiyədə hakim Ədalət və İnkişaf (AKP), həmçinin müxalifətdə olan Cümhuriyyət Xalq (CHP), Milliyyətçi Hərəkat (MHP), Demokratik Sol (DSP) partiyalarının rəhbərliyi ilə görüşlər keçirdiyini deyib. F. Ağamalı bildirib ki, görüşlərdə adı çəkilən partiyaların hər birindən bir neçə millət vəkilinin konfransda iştirakı haqda razılıq əldə edilib: “Görüşlərdə birmənalı bildirildi ki, nə qədər ki, Ermənistanın təcavüzünə son qoyulmayıb və Azərbaycan torpaqları azad edilməyib, Türkiyənin Ermənistanla sərhədləri açması mümkün deyil. Bu, həm hakimiyyət partiyasının, həm də müxalifət təmsilçilərinin mövqeyi idi”.

Qeyd edək ki, konfrans Azərbaycan Milli Məclisində təmsil olunan Ana Vətən, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ədalət, Vətəndaş Həmrəyliyi partiyalarının birgə təşkilatçılığı ilə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR