Bank Of Baku

Azərbaycanın Venesueladakı səfiri Aqşin Mehdiyev etimadnaməsini bu ölkənin vitse-prezidentinə təqdim edib

Azərbaycanın Venesueladakı səfiri Aqşin Mehdiyev etimadnaməsini bu ölkənin vitse-prezidentinə təqdim edib
# 06 aprel 2009 07:28 (UTC +04:00)
Karakas-APA. Azərbaycanın Venesuela Bolivar Respublikasına yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Aqşin Mehdiyev öz etimadnaməsini təqdim etmək məqsədilə Venesuelaya səfər edib. APA-nın ABŞ bürosunun məlumatına görə, cənab Mehdiyev Venesuelanın xarici işlər nazirinin müavini Reynaldo Bolivar ilə görüşüb və etimadnaməsinin surətini ona təqdim edib. Görüş zamanı ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və ölkələrimizin maraq göstərdiyi bütün sahələrdə əməkdaşlığın müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Səfir Venesuela tərəfinə bir sıra saziş layihələri təqdim edərək, onların imzalanması imkanları müzakirə edib.

Daha sonra, Prezident Sarayında Venesuela Bolivar Respublikasının vitse-prezidenti cənab Ramon Alonzo Karrizalez Reingifonun yanında etimadnamələrin təqdim edilməsi mərasimi keçirilib. Mərasimdə Azərbaycanla yanaşı, Avstriya, Belçika, Misir, Filippin, Yamayka, Kolumbiya, Qana, Keniya və digər ölkələrin də səfirləri Venesuela rəhbərliyinə öz etimadnamələrini təqdim ediblər. Səfir Aqşin Mehdiyev öz çıxışında Azərbaycan prezidentinin salamlarını Venesuela Bolivar Respublikasının prezidenti Huqo Cavesə çatdırıb, Venesuela-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi vacibliyini vurğulayan səfir iki ölkənin bunun üçün kifayət qədər yüksək potensiala malik olduğunu və geniş əməkdaşlıq sahələrinin mövcudluğunu qeyd edib. Səfir Aqşin Mehdiyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal edildiyini və bunun nəticəsində 1 milyondan artıq Azərbaycan Respublikasının vətəndaşının qaçqın və ya məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb, ölkəmizin münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipləri əsasında həll edilməsi mövqeyindən çıxış etdiyini və BMT Nizamnaməsinin prinsipləri əsasında beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Venesuelanın vitse-prezidenti yeni təyin olunmuş səfirləri təbrik edib və onların fəaliyyətində uğurlar arzulayıb. O Azərbaycanın Venesuelada ilk səfirini təyin etdiyini xüsusi qeyd edib və səfir Aqşin Mehdiyevin çıxışına istinad edərək Venesuelanın öz siyasətində eyni prinsiplərə əsaslandığını bildirib. Etimadnamənin təqdimatı mərasimindən sonra səfir Aqşin Mehdiyev Simon Bolivarın memorial abidəsinin önünə əklil qoyub. Səfər davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR