Bank Of Baku

Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyalar bələdiyyə seçkilərində iştirakın formasını yaxın vaxtlarda müəyyənləşdirəcək

Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyalar bələdiyyə seçkilərində iştirakın formasını yaxın vaxtlarda müəyyənləşdirəcək
# 06 aprel 2009 08:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyalar bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində birgə iştirakın formasını yaxın zamanda müəyyənləşdirəcək. Bu barədə APA-ya açıqlamasında hərəkata daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib. Onun sözlərinə görə, hərəkata daxil olan partiyaların daxilində seçkidə iştirak forması ilə bağlı müzakirə aparılır: “Məsələ müzakirə mərhələsindədir. Belə fikirlər var ki, hərəkata daxil olan partiyaların bələdiyyə seçkilərində müstəqil şəkildə iştirak edib fəaliyyətini koordinasiya etmək variantı seçilsin, yoxsa hamı vahid siyahı ilə, yalnız bir seçki bloku şəklində seçkilərə getsin. Bizim yetərincə vaxtımız var, iştirak formasını müəyyənləşdirəcəyik. İlkin olaraq hərəkata daxil olan partiyalar bələdiyyə seçkilərində də birgə iştirakla bağlı ortaya siyasi iradə qoyub”.

Qeyd edək ki, Qarabağ və respublika Uğrunda Hərəkata Xalq Cəbhəsi, Demokrat, Vətəndaş və İnkişaf, Liberal, Müsavat və Ümid partiyaları daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR