Bank Of Baku

Azərbaycan prezidenti paytaxtda nəqliyyat infrastrukturu obyektlərinin açılışında iştirak edib

Azərbaycan prezidenti paytaxtda nəqliyyat infrastrukturu obyektlərinin açılışında iştirak edib
# 06 aprel 2009 11:47 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev paytaxtın aprelin 6-da Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində yerləşən tunel tipli yol ötürücüsünün açılışında iştirak edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısı açılışı bildirən qırmızı lenti kəsib, ötürücü ilə yaxından tanış olub.

Burada aparılmış tikinti işləri haqqında prezidentə məlumat verilib.

Dövlət başçısı paytaxtın Heydər Əliyev prospektindəki avtomobil tunelinin açılışında da iştirak edib. Prezident açılışı bildirən rəmzi qırmızı lenti kəsib.

Dövlət başçısı bu gün paytaxtın Heydər Əliyev prospekti, 56 ünvanda yerləşən yeraltı piyada keçidinin əsaslı təmirdən sonrakı vəziyyəti ilə də tanış olub. Prezidentə aparılmış təmir işləri barədə məlumat verilib. Dövlət başçısı görülən işlərdən razılığını bildirib.

Bundan başqa, prezident bu gün prezident İ. Əliyev Nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi Mərkəzinin təməlqoyma mərasimində də iştirak edib. Dövlət başçısı əvvəlcə Mərkəzin maketinə baxıb, Mərkəzin layihəsi, funksiyaları haqqında dövlət başçısına ətraflı məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR