Bank Of Baku

Piter Semnebi müxalifət liderləri ilə görüşüb

Piter Semnebi müxalifət liderləri ilə görüşüb
# 06 aprel 2009 12:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakıda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi müxalifət liderləri ilə görüşüb. “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazovun APA-ya verdiyi məlumata görə, görüşdə onunla birlikdə AXCP sədri Əli Kərimli və Milli Birlik Hərəkatının lideri Lalə Şövkət iştirak edib. Müsavat Partiyasının başqanı İsa Qəmbər dəvət olunsa da, görüşə qatılmayıb: “Avropa Birliyinin nümayəndələri görüşün vaxtı dəyişdirildiyinə görə İsa Qəmbərin görüşə qatıla bilmədiyini dedilər”. E. Napmazovun sözlərinə görə, görüşdə Azərbaycanda martın 18-də keçirilən referendumdan sonrakı vəziyyət, ictimai-siyasi proseslər, insan hüquqları ilə bağlı problemlər, medianın vəziyyəti müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR