Bank Of Baku

ADP: Türkiyə Ermənistanla əlaqələri yeni müstəviyə çıxararkən, Azərbaycanın maraqlarını nəzərə almalıdır

ADP: Türkiyə Ermənistanla əlaqələri yeni müstəviyə çıxararkən, Azərbaycanın maraqlarını nəzərə almalıdır
# 06 aprel 2009 13:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) Azərbaycanla Türkiyənin uzlaşdırılmış xarici siyasət aparmamasından narahatdır. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ADP İradə Heyətinin bu gün keçirilən iclasında son vaxtlar Türkiyə-Ermənistan və Türkiyə-Azərbaycan münasibətlərində yaranmış vəziyyət müzakirə edilib. Partiya rəhbərliyi hesab edir ki, Türkiyə Ermənistanla əlaqələrini yeni müstəviyə çıxararkən Azərbaycanın maraqlarının nəzərə alınması vacibdir. Bununla yanaşı, bölgədəki mürəkkəb vəziyyətdə Türkiyə-Azərbaycan əlaqələrində hər hansı soyuqluğun yaranmasını hər iki dövlətin strateji maraqlarına zidd olduğunu bildirən İdarə Heyəti hesab edir ki, yaranmış problemlər aradan qaldırılmalıdır: “ADP Azərbaycan ictimaiyyətini Türkiyənin bölgə dövlətləri, xüsusilə Ermənistanla bağlı yeritmək istədiyi həssas siyasətinə təmkinli yanaşmağa, soyuqqanlılıq nümayiş etdirməyə, xalqlarımız arasındakı tarixi və mədəni yaxınlıqdan irəli gələn strateji müttəfiqliyi unutmamağa çağırır”.

İclasda, həmçinin, ABŞ prezidentinin Türkiyə səfəri, NATO-nun sammitində Dağlıq Qarabağla bağlı verilən bəyanat, bu ilin sonunda Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR