Eldar Mahmudov Azərbaycanda səfərdə olan İtaliya xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşüb
Ciorcio Piççirillo 90 illik yubiley münasibətilə bir daha təbriklərini çatdırıb, göstərilən yüksək qonaqpərvərliyə, geniş və dolğun məlumata görə təşəkkürünü bildirib. Qonaq respublikamıza ilk gəlişindən xoş təəssürat aldığını, Azərbaycanın və İtaliyanın təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını qeyd edib, səfərinin ölkələr, eləcə də müvafiq strukturlar arasındakı əlaqələrinin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini bildirib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair də fikir mübadiləsi aparılıb, təhlükəsizlik işinin səmərəli təmin olunması baxımından təcrübə və məlumat mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Milli təhlükəsizlik naziri Eldar Mahmudov həmçinin Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 90 illik yubiley tədbirlərində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İtaliya Xarici Kəşfiyyat və Təhlükəsizlik Agentliyinin Baş direktoru vitse-admiral Bruno Brançiforte ilə görüşüb. Qonaqları səmimi salamlayan nazir Eldar Mahmudov, onlara milli təhlükəsizlik sahəsində qəbul edilmiş qanunvericilik aktları, aparılan müvafiq islahatlar barədə məlumat verib, regionda əməliyyat şəraitinə təsir edən proseslər, meydana çıxan müxtəlif növ təhlükələr və təhdidlər barədə danışıb. Nazir Eldar Mahmudov transmilli mütəşəkkil cinayətkarlığın, o cümlədən beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və digər təhlükəli təzahürlərin artmasının bütün dünyada ciddi narahatçılıq doğurduğunu qeyd edib, bununla əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin yeni təhdidlərə qarşı həyata keçirdiyi adekvat tədbirlərin konkret nəticələrini qonaqların diqqətinə çatdırıb.
Bruno Brançiforte 90 illik yubiley münasibətilə bir daha azərbaycanlı həmkarlarını təbrik edib, göstərilən yüksək qonaqpərvərliyə, ətraflı məlumata görə təşəkkürünü bildirib. Qonaq respublikamıza ilk səfərindən xoş təəssürat aldığını, hər iki dövlətin təhlükəsizliyi üçün əhəmiyyət kəsb edən məsələlərə dair aparılan müzakirələrin nəticələrindən razı qaldığını qeyd edib, eləcə də İtaliya və Azərbaycan xüsusi xidmət orqanları arasındakı əməkdaşlıq əlaqələrinin inkişafından məmnun olduğunu bildirib. İşgüzar və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran bir sıra digər məsələlərə də dair fikir mübadiləsi aparılıb.
Daxili siyasət
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Xəbər Lenti
Kəlbəcərdə 5 gün əvvəl çayda batan azyaşlının meyiti tapılıb - YENİLƏNİB
“Reuters”: İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb
Azərbaycan-Fələstin münasibətləri: Prezidentin siyasəti İslam həmrəyliyinin praktik modelidir - RƏY
Bakının normallaşma addımları fonunda Rusiyada Azərbaycan əleyhinə yeni informasiya kampaniyası: Məqsəd nədir? - TƏHLİL
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib
Tether ABŞ sanksiyalarından sonra İranın 131 mln. dollarlıq kriptoaktivlərini dondurub
Qusarda dini mövzuların mediada təqdimatı ilə bağlı konfrans keçirilir
İran Küveytə dron hücumu edib
Quba sakinini cərəyan vuraraq öldürüb
Avqustun 1-dək Bakı–Balakən istiqamətində qatarlar yalnız Qax stansiyasınadək hərəkət edəcək
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
Yevlaxda 92 yaşlı qadının meyiti tapılıb
Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin "Eternity-2026" təlimi keçiriləcək
DOST Agentliyinin Müşahidə Şurasının iclası olub
Qubada iynədən şoka düşən hamilə əməliyyatdan sonra ölüb, araşdırma aparılır - YENİLƏNİB-1
m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri - sürətli, birbaşa, komissiyasız
Naxçıvanda əhalinin sayı açıqlanıb
“FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlayıb
Kreml hazırda Ukrayna ilə danışıqlar prosesinin bərpası perspektivini görmür
Fedorov Sırskini sərt tənqid edib: Bu yanaşma ilə qələbə qazanmaq mümkün olmayacaq
Rusiya və Ukrayna arasında meyit mübadiləsi olub
Türkiyə Ukrayna üçün təhlükəsizlik təminatlarının dəniz komponentinə rəhbərlik edəcək
Dövlət Agentliyi Azərbaycan dənizçilərini müharibə zonalarından uzaq durmağa çağırıb
Ukraynanın yeni Baş naziri təyin edilib
“Azərpoçt” ÜPİ-nin Xidmət Keyfiyyəti Fondunun İdarə Heyətinin 95-ci iclasına ev sahibliyi edir
Zelenski: Sentyabrın 23-dək səfərbərlik problemi həll olunmalıdır
“AzerGold” vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumları ilə bağlı diqqətli olmağa çağırır
Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb
Sibiqa: Türkiyə Zelenski-Putin görüşünə ev sahibliyi edə bilər
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
Sabahın hava proqnozu açıqlanıb
Əhalinin yanacaq xərcləri bu il 5%-dən çox artıb
Bakı üzrə yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb
Rusiya XİN: Cənubi Qafqazda sülh və sabitlik bizim üçün vacibdir
"Birbank"la bütün suallara cavab almağın QISA YOLU VAR
Azərbaycan-Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib
Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub - YENİLƏNİB
AQTA: Gəncə və Samuxdakı kütləvi zəhərlənmələrin səbəbi evdə hazırlanan lavaşdır
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha iki neft tankerini vurub
Zərdabda 1,4 ton narkotik bitki məhv edilib
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib
Hakan Fidan Qara dənizin təhlükəsizliyini təhdid edən hadisələrin narahatlıqları daha da artırdığını deyib
Azərbaycanda "yaşıl enerji" istehsalı artıb