Bank Of Baku

Azərbaycan Yazıçılar Birliyi: “İndiki şəraitdə Ermənistanla sərhədlərin açılması Türkiyə ilə Azərbaycanın tarixi qardaşlıq münasibətlərinə ciddi zərbə vura bilər”

Azərbaycan Yazıçılar Birliyi: “İndiki şəraitdə Ermənistanla sərhədlərin açılması Türkiyə ilə Azərbaycanın tarixi qardaşlıq münasibətlərinə ciddi zərbə vura bilər”
# 06 aprel 2009 15:26 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Yazıçılar Birliyi Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşması barədə yayılan məlumatlarla bağlı bəyanat yayıb. AYB-dən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, Türkiyə hökumətinin Ermənistanla sərhədləri açacağı barədə xəbərlər son zamanlar gündəmdə geniş yer tutur: “Bu xəbərlər Türkiyə və Azərbaycanın milli təəssübkeşlik mövqeyində dayanan digər ictimai qurumlar kimi, Azərbaycan Yazıçılar Birliyini də ciddi şəkildə narahat etməkdədir. Azərbaycan Yazıçılar Birliyi olaraq, bəyan edirik ki, öz işğalçı mövqeyindən və qondarma «soyqırım» iddiasından əl çəkməyən, zəbt etdiyi Azərbaycan torpaqlarını boşaltmaqdan boyun qaçıran Ermənistanla sərhədlərin açılmasına dair ən xırda ehtimal belə, bizi dərindən qayğılandırır. AYB belə bir ehtimalın gerçəkləşməsini türk xalqının milli maraqlarına və ümumən Türk dünyasının mənafeyinə kökündən zidd bir hal kimi dəyərləndirir. Hesab edirik ki, onminlərlə türkün qanını axıtması ilə öyünən erməni rejiminə münasibətdə birtərəfli qaydada güzəştli davranış türk millətinin tarixi ənənələrinə və mənəvi dəyərlərinə sayğısızlıq olar. Eyni zamanda, belə bir addımın atılması «bir millət-iki dövlət» prinsipi ilə ifadə olunan doğma münasibətlərə, ictimai təmaslara mənfi təsir göstərə bilər.
Biz - Azərbaycan yazıçıları hesab edirik ki, indiki şəraitdə Ermənistanla sərhədlərin açılması Türkiyə ilə tarixi qardaşlıq münasibətlərinə ciddi zərbə vura bilər. Bütün bunları nəzərə alaraq, Türkiyə hökumətinin daha həssas və diqqətli davranacağına, sonda Türk dünyasının ümumi mənafeyinə və maraqlarına uyğun addım atacağına ümidvar olduğumuzu bəyan edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR