Bank Of Baku

Azərbaycanın qeyri-hökumət təşkilatları Türkiyə ictimaiyyətinə müraciət qəbul ediblər

Azərbaycanın qeyri-hökumət təşkilatları Türkiyə ictimaiyyətinə müraciət qəbul ediblər
# 07 aprel 2009 13:24 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Azərbaycanın qeyri-hökumət təşkilatları Türkiyə ictimaiyyətinə müraciət qəbul ediblər. APA-nın məlumatına görə, Milli QHT Forumun təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edən təşkilatların nümayəndələri Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələyə kəskin şəkildə etirazını bildiriblər. Tədbirdə çıxış edənlər son günlər Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağı ilə bağlı məsələnin aktuallaşdığını, Dağlıq Qarabağ problemi həll olunmayınca belə bir hadisənin baş verməsinin yolverilməz olduğunu diqqətə çatdırıblar. Tədbir iştirakçıları məsələyə etiraz olaraq Türkiyə ictimaiyyətinə müraciət qəbul ediblər. Müraciət Türkiyənin Azərbaycandakı səfirliyinə təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR