Azərbaycan Milli Məclisində təmsil olunan partiyalar Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz olaraq bəyanat qəbul edib
Bəyanatda Azərbaycan xalqı və ictimaiyyətinin Türkiyənin rəsmi dairələrinin Ermənistanla sərhədləri açmaq və diplomatik münasibətlər yaratmaq istiqamətində aparılan danışıqlardan narahat olduğu bildirilir və buna etiraz etdikləri qeyd olunur: “Türkiyə Cümhuriyyətinin müstəqil xarici siyasət yeritmək hüququna hörmətlə yanaşaraq, bildirmək istərdik ki, Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin 20 faizinin işğal olunması, 1 milyondan çox vətəndaşın öz doğma torpaqlarından qovulması, minlərlə dinc sakinin qətlə yetirilməsi, insanlıq əleyhinə Xocalı soyqırımının törədilməsi fonunda belə bir addımın atılması əslində Ermənistanın işğalçılıq siyasətinə, qondarma “erməni soyqırımı” iddialarına, bölgədə hərbi-siyasi gərginlik və humanitar fəlakət yaratmaqdan ibarət əməllərinə haqq qazandırmaqdan savayı bir şey deyil. Bu eyni zamanda Türkiyə-Azərbaycan qardaşlığına, bütünlükdə türk birliyi ideyasına çətin sağalan yara vurmaq demək olardı. Sərhədlərin açılmasından sonra uydurma “erməni soyqırımı” adı altında Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edən ermənilərin öz məkrli niyyətlərindən imtina edəcəklərini düşünmək də böyük sadəlövhlükdür”.
Bəyanat müəllifləri bildiriblər ki, Cənubi Qafqazda sülh və sabitlik yaratmaq istiqamətində Türkiyə iqtidarının bəyan etdiyi siyasət yalnız Ermənistanla sərhədlərin açılması ilə məhdudlaşa bilməz: “Bölgədə sabitliyin yeganə təminatı işğal olunmuş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi sayılmalıdır. Əks təqdirdə Ermənistanla sərhədin açılması bölgədə gedən proseslərə və sülh danışıqlarına mənfi təsir göstərən, sabitliyə deyil, gərginliyin və qarşıdurmanın daha da artmasına xidmət edən amilə çevriləcək”.
Bəyanatı imzalayan partiyalar Türkiyə və Azərbaycan arasındakı strateji tərəfdaşlığa böyük önəm verdiyini bir daha ifadə edərək, Türkiyə hakim dairələrinin Ermənistanla sərhədləri açmaq istiqamətində atdığı addımlara özünün qəti etirazını bildirib və belə bir hərəkətin ölkələr və xalqlar arasında dost münasibətlərə, həmçinin bu siyasətin Türkiyə Cümhuriyyətinin özəl maraqlarına da uyğun olmadığını bəyan ediblər. Partiyalar Türkiyə rəhbərliyini Ermənistanla münasibətlər qurmaqdan və sərhədləri açmaqdan çəkinməyə çağırıblar.
Daxili siyasət
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Xəbər Lenti
Kəlbəcərdə 5 gün əvvəl çayda batan azyaşlının meyiti tapılıb - YENİLƏNİB
“Reuters”: İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb
Azərbaycan-Fələstin münasibətləri: Prezidentin siyasəti İslam həmrəyliyinin praktik modelidir - RƏY
Bakının normallaşma addımları fonunda Rusiyada Azərbaycan əleyhinə yeni informasiya kampaniyası: Məqsəd nədir? - TƏHLİL
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib
Tether ABŞ sanksiyalarından sonra İranın 131 mln. dollarlıq kriptoaktivlərini dondurub
Qusarda dini mövzuların mediada təqdimatı ilə bağlı konfrans keçirilir
İran Küveytə dron hücumu edib
Quba sakinini cərəyan vuraraq öldürüb
Avqustun 1-dək Bakı–Balakən istiqamətində qatarlar yalnız Qax stansiyasınadək hərəkət edəcək
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
Yevlaxda 92 yaşlı qadının meyiti tapılıb
Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin "Eternity-2026" təlimi keçiriləcək
DOST Agentliyinin Müşahidə Şurasının iclası olub
Qubada iynədən şoka düşən hamilə əməliyyatdan sonra ölüb, araşdırma aparılır - YENİLƏNİB-1
m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri - sürətli, birbaşa, komissiyasız
Naxçıvanda əhalinin sayı açıqlanıb
“FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlayıb
Kreml hazırda Ukrayna ilə danışıqlar prosesinin bərpası perspektivini görmür
Fedorov Sırskini sərt tənqid edib: Bu yanaşma ilə qələbə qazanmaq mümkün olmayacaq
Rusiya və Ukrayna arasında meyit mübadiləsi olub
Türkiyə Ukrayna üçün təhlükəsizlik təminatlarının dəniz komponentinə rəhbərlik edəcək
Dövlət Agentliyi Azərbaycan dənizçilərini müharibə zonalarından uzaq durmağa çağırıb
Ukraynanın yeni Baş naziri təyin edilib
“Azərpoçt” ÜPİ-nin Xidmət Keyfiyyəti Fondunun İdarə Heyətinin 95-ci iclasına ev sahibliyi edir
Zelenski: Sentyabrın 23-dək səfərbərlik problemi həll olunmalıdır
“AzerGold” vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumları ilə bağlı diqqətli olmağa çağırır
Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb
Sibiqa: Türkiyə Zelenski-Putin görüşünə ev sahibliyi edə bilər
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
Sabahın hava proqnozu açıqlanıb
Əhalinin yanacaq xərcləri bu il 5%-dən çox artıb
Bakı üzrə yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb
Rusiya XİN: Cənubi Qafqazda sülh və sabitlik bizim üçün vacibdir
"Birbank"la bütün suallara cavab almağın QISA YOLU VAR
Azərbaycan-Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib
Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub - YENİLƏNİB
AQTA: Gəncə və Samuxdakı kütləvi zəhərlənmələrin səbəbi evdə hazırlanan lavaşdır
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha iki neft tankerini vurub
Zərdabda 1,4 ton narkotik bitki məhv edilib
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib
Hakan Fidan Qara dənizin təhlükəsizliyini təhdid edən hadisələrin narahatlıqları daha da artırdığını deyib
Azərbaycanda "yaşıl enerji" istehsalı artıb