Bank Of Baku

Referendumda iştirak edən təşviqat qrupları maliyyə hesabatlarını MSK-ya təqdim ediblər

Referendumda iştirak edən təşviqat qrupları maliyyə hesabatlarını MSK-ya təqdim ediblər
# 08 aprel 2009 08:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Martın 18-də Azərbaycanda keçirilən referendumda iştirak etmiş təşviqat qrupları Mərkəzi Seçki Komissiyasına (MSK) maliyyə hesabatı təqdim edib. Bu barədə APA-ya MSK-nın maliyyə şöbəsinin müdiri Rasim Qasımov məlumat verib. Onun sözlərinə görə, qanunda müəyyən olunmuş müddətdə 9 təşviqat qrupunun hər biri hesabat verib. R. Qasımovun sözlərinə görə, təşviqat qruplarının heç birinin seçki fondunda pul qalmayıb. Buna görə də onlardan dövlət büdcəsindən ayrılmış vəsaitin xərclənməmiş hissəsinin geri qaytarılması tələb olunmayıb.

Qeyd edək ki, referendumda “Yeni Azərbaycan”, “Tərəqqi”, “Zəka”, “Vətəndaş Cəmiyyəti”, “Hüquq və Demokratiya”, Davamlı İnkişaf Naminə, “Şəhər”, “Respublikaçılar”, “Qarabağ və Respublika Uğrunda” təşviqat qrupları iştirak edib. Təbliğat-təşviqat kampaniyası üçün hər bir təşviqat qrupuna dövlət büdcəsindən 23 min manat ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR