Bank Of Baku

Mübariz Əhmədoğlu: “Türkiyə ictimaiyyəti və müxalifəti Azərbaycanın mövqeyini müdafiə edir”

Mübariz Əhmədoğlu: “Türkiyə ictimaiyyəti və müxalifəti Azərbaycanın mövqeyini müdafiə edir”
# 08 aprel 2009 13:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Ermənistanla Türkiyənin sərhədlərinin bağlanmasına Laçın və Kəlbəcərin ermənilər tərəfindən işğalı səbəb olub. Amma bu gün sərhədlərin açılması ilə bağlı aparılan müzakirələrdə bu səbəb bilərəkdən unudulur”. APA-nın məlumatına görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Türkiyə ilə Ermənistan arasında imzalanması nəzərdə tutulan sənəddə Dağlıq Qarabağ, işğal olunan Laçın və Kəlbəcərlə bağlı heç bir müddəa yoxdur: “Türkiyə hakimiyyətinin atdığı bu addım çox savadsız addımdır. Hətta onlar prosesin əvvəli ilə sonunu belə uyğunlaşdıra bilmirlər. Sərhədlər Laçın və Kəlbəcərə görə bağlanıb. Axı bu gün həmin rayonların heç biri işğaldan azad edilməyib”. M. Əhmədoğlunun sözlərinə görə, bu gün heç bir dövlət, heç bir amil Türkiyəni sərhədləri açmağa məcbur etmir: “Bu məsələdə ittiham olunan yalnız Türkiyə iqtidarıdır. Türkiyə ictimaiyyəti, Türkiyə müxalifəti Azərbaycanın mövqeyini müdafiə edir və sərhədlərin açılmasına qarşı çıxır”. Mərkəz sədri Türkiyənin sərhədləri açmaq niyyətindən geri çəkilməsini vacib sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR