Bank Of Baku

Qarabağ və Respublika Uğrunda Hərəkatın liderlərinin toplantısı keçirilib

Qarabağ və Respublika Uğrunda Hərəkatın liderlərinin toplantısı keçirilib
# 08 aprel 2009 14:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyaların rəhbərlərinin toplantısı keçirilib. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, toplantıda bələdiyyə seçkilərinə hazırlıq, Moldovada keçirilən seçkilər və seçkilərdən sonra yaranmış siyasi vəziyyət, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzlinin həbsi və Türkiyə-Ermənistan münasibətləri ilə bağlı məsələlər müzakirə edilib. S. Cəlaloğlu bildirib ki, hərəkat üzvləri Türkiyə-Ermənistan sərhədinin açılmasının yolverilməz olduğunu bildiriblər və Türkiyə iqtidarını bu addımdan çəkinməyə çağırıblar. Toplantıda Türkiyə hakimiyyətinə və ictimaiyyətinə müraciət qəbul edilib.

Qeyd edək ki, Qarabağ və Respublika Uğrunda Hərəkatda Demokrat, Müsavat, Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Ümid, Liberal partiyaları təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR