Bank Of Baku

Qarabağ və Respublika Uğrunda Hərəkat Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı aparılan danışıqlarla əlaqədar bəyanat yayıb

Qarabağ və Respublika Uğrunda Hərəkat Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı aparılan danışıqlarla əlaqədar bəyanat yayıb
# 09 aprel 2009 12:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ və Respublika Uğrunda Hərəkat Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı aparılan danışıqlarla əlaqədar bəyanatla çıxış edib. Hərəkatın üzvü Azərbaycan Demokrat Partiyasının (ADP) mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda Azərbaycanın maraqlarını nəzərə almadan Türkiyənin qeyd-şərtsiz Ermənistanla sərhədlərin açılmasına razılıq verməsinin Türkiyə və Azərbaycana qarşı əsassız iddialarla çıxış edən Ermənistanın mövqeyinin möhkəmləndirilməsinə xidmət etdiyi bildirilir. Hərəkata daxil olan partiyalar həmçinin, Türkiyə - Azərbaycan arasında strateji müttəfiqliyin və iki qardaş dövlət arasında münasibətlərinin korlanmasının Cənubi Qafqazda Rusiya və Ermənistanın maraqlarına xidmət edəcəyini nəzərə alaraq, sərhədlərin qeyd-şərtsiz açılmasını yolverilməz hesab ediblər. Bəyanatda bildirilib ki, Azərbaycanda müəyyən dairələrin antitürk əhval-ruhiyyəsinin qızışdırılması Dağlıq Qarabağ probleminin həllinə kömək etməməklə yanaşı, Azərbaycan-Türkiyə arasında yeni problemlər ortaya çıxaracaq: “Türkiyə rəsmi dairələrinə, Türkiyə ictimaiyyətinə və Türk xalqına müraciət edərək, Ermənistanla sərhədlərin qeyd-şərtsiz açılmasını həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına cavab vermədiyini, Türkiyəni bu məsələdə Azərbaycan xalqı ilə həmrəy olmağa və uzlaşdırıcı siyasət yürütməyə çağırırıq. Hesab edirik ki, Türkiyə ilə Azərbaycan arasında hər hansı soyuqluğun yaranmasına imkan versək, bundan yalnız türk düşmənçiliyi qazanacaq və buna görə gələcək nəsillər bizi bağışlamayacaq. İstər Azərbaycanda, istər Türkiyədə, istərsə də başqa ölkələrdə bəzi qüvvələr yaranmış vəziyyətdən sui-istifadə edərək, Azərbaycanla Türkiyə arasında qarşılıqlı etimadı sarsıtmağa, ölkələrimiz arasında münasibətləri pozmağa, bununla da Azərbaycanı və Türkiyəni təkləyərək başqa güclərin regiona hakim olmasına çalışırlar”. Hərəkat Türkiyə xalqını, dövlət adamlarını, siyasi partiyalarını, ziyalılarını Türkiyənin Ermənistanla sərhədlərin qeyd-şərtsiz açılmasına “yox” deməyə çağırıb. Qeyd edək ki, Vəhdət Partiyasının sədri Tahir Kərimli də bu məsələ ilə bağlı etiraz bəyanatı yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR