Bank Of Baku

Azərbaycanın gənclər təşkilatları Türkiyədən olan müvafiq qurumlara müraciət qəbul ediblər

Azərbaycanın gənclər təşkilatları Türkiyədən olan müvafiq qurumlara müraciət qəbul ediblər
# 09 aprel 2009 14:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair müzakirələrlə əlaqədar Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları bu gün birgə toplantı keçiriblər. APA-nın məlumatına görə, yüzdən artıq təşkilatın qatıldığı tədbirdə çıxış edən çıxış edən Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı Azərbaycan ictimaiyyətinin Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində aparılan danışıqlardan narahat olduğunu deyib.

“İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı Türkiyəni həmişə Azərbaycanla bir yerdə olduğunu və bu gün AKP iqtidarını birmənalı siyasət aparmadığını qeyd edib. Onun sözlərinə görə, Türkiyə hakimiyyəti sərhədlərin açılması ilə bağlı konkret fikir bildirmir: “Onlar sadəcə Azərbaycanın razı olmadığı addımı atmayacaqlarını deyirlər. Amma “Qarabağ torpaqları azad olunmayana qədər Ermənistanla Türkiyənin sərhədləri açılmayacaq” kimi konkret fikir bildirilmir”. C. Osmanlı bəzi maraqlı qüvvələrin Türkiyə ilə Azərbaycan arasında yaranmış hazırkı vəziyyətdən yararlanmağa çalışdığını qeyd edib: “Amma bu xalqlar arasında bağlar o qədər möhkəmdir ki, hər hansı iqtidar bunu sarsıda bilməz”.

Tədbirdə Türkiyə gənclər təşkilatlarına və ictimaiyyətinə müraciət qəbul olunub. Müraciətdə Azərbaycanla Türkiyənin daim birgə addımlar atdığı qeyd olunub, indiki şəraitdə sərhədlərin açılmasının Türkiyə və Azərbaycanın maraqlarına zidd olduğu qeyd edilib. Müraciətlə Türkiyənin gənclər təşkilatları sərhədlərin açılması ilə razılaşmamağa çağırılıb.Müraciəti 120-dən artıq təşkilat rəhbəri imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR