Bank Of Baku

Azərbaycan və Ukrayna arasında 2009-2010-cu illərdə əməkdaşlığa dair tədbirlər planı imzalanıb

Azərbaycan və Ukrayna arasında 2009-2010-cu illərdə əməkdaşlığa dair tədbirlər planı imzalanıb
# 09 aprel 2009 17:10 (UTC +04:00)
Tərəflər həmçinin Azərbaycanla Ukraynanın hərbi-texniki və kosmos sahəsində əməkdaşlığı məsələlərini nəzərdən keçiriblər. İclasda çıxış edən Ukrayna prezidenti ölkələr arasında ikitərəfli münasibətləri yüksək qiymətləndirib. Əməkdaşlığın genişləndirilməsinin dəqiq planının hazırlanmasından məmnunluq ifadə edən Viktor Yuşşenko bildirib ki, 2009-2010-cu illər üçün nəzərdə tutulmuş Yol Xəritəsi bu müddət ərzində münasibətlərin inkişafına təkan verəcək. Azərbaycan prezidenti İlham Əliyev Ukrayna dövlət başçısının ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına müsbət təsir göstərəcəyindən əminliyini bildirib. Əməkdaşlığın dinamik inkişaf etdiyini deyən İlham Əliyev bu prosesin gələcəkdə də davam edəcəyinə inamını vurğulayıb.
İclasdan sonra iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan dövlətlərarası sazişlərin imzalanması mərasimi keçirilib. Mərasimdə Azərbaycan və Ukrayna arasında 2009-2010-cu illərdə əməkdaşlığa dair tədbirlər planı, Azərbaycan-Ukrayna Prezidentlər Şurasının ilk iclasının protokolu, 1997-ci ildə imzalanmış hərbi-texniki əməkdaşlıq haqqında hökumətlərarası sazişə dəyişikliklər edilməsi barədə protokol, Volınsk vilayəti ilə Gəncə şəhəri arasında iqtisadi-ticarət, elmi-texniki və mədəniyyət sahəsində əməkdaşlığa dair regionlararası saziş, 2009-2010-cu illərdə ikitərəfli əməkdaşlığın aktual məsələlərinə Azərbaycan və Ukrayna xarici siyasət idarələri arasında məsləhətləşmələr planı, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi ilə Ukrayna Xarici Kəşfiyyat Xidməti arasında saziş, Azərbaycan hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında kosmik məkanın dinc məqsədlə üçün tədqiqi və istifadəsi sahəsində əməkdaşlığa dair çərçivə sazişi imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR