Bank Of Baku

Müxalifətçi təşviqat qrupları Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət ediblər

Müxalifətçi təşviqat qrupları Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət ediblər
# 10 aprel 2009 09:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Martın 18-də keçirilən referendumda müxalifəti təmsil edən “Respublikaçılar”la “Qarabağ və Respublika Uğrunda” təşviqat qrupları Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya şikayəti veriblər. “Respublikaçılar” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, kasasiya şikayəti məhkəməyə poçtla göndərilib. Müxalifət Apellyasiya Məhkəməsinin qərarının və referendumun nəticələrinin ləğvini istəyir. Ancaq G. Aslanlı Azərbaycan məhkəmələrinin onların iddiasını təmin edəcəyinə inanmadıqlarını da bildirib: “Yeri məhkəmələrə müraciət etməkdə məqsədimiz Avropa İnsan Haqları Məhkəməsinə müraciət üçün hüquqi əsas yaratmaqdır”.

Qeyd edək ki, referendumu boykot edən müxalifət təşkilatlarının Apellyasiya Məhkəməsinə müraciəti təmin olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR