Bank Of Baku

Milli Məclisin sədri Oqtay Əsədov Ukrayna prezidenti Viktor Yuşşenko ilə görüşüb

Milli Məclisin sədri Oqtay Əsədov Ukrayna prezidenti Viktor Yuşşenko ilə görüşüb
# 10 aprel 2009 12:08 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin sədri Oqtay Əsədov Ukrayna prezidenti Viktor Yuşşenko ilə görüşüb. Parlamentdən APA-ya daxil olan məlumata görə, görüşdə spiker Azərbaycanın Ukrayna ilə siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın inkişafına böyük önəm verdiyini bildirib: “İki ölkə arasında bu günədək 108 sənəd imzalanıb. Bu sənədlər əməkdaşlığın hüququ bazasını təşkil edir. Azərbaycan Ukraynanı özünün strateji tərəfdaşı hesab edir”.

Ukrayna prezidenti Viktor Yuşşenko Azərbaycana səfərindən söz açaraq, ölkə prezidenti İlham Əliyevlə keçirdiyi görüşdən və imzalanmış sənədlərdən razı qaldığını deyib: “Azərbaycan Ukrayna üçün təkcə enerji sahəsində deyil, həm də iqtisadiyyatın digər sahələrində də əməkdaşlıq üçün layiqli tərəfdaşdır”.

Viktor Yuşşenko Ukraynada yaşayan azərbaycanlıların ölkənin ictimai-siyasi həyatında fəal iştirakını, qanunla nəzərdə tutulan bütün hüquq və azadlıqlardan sərbəst şəkildə istifadə etdiklərini diqqətə çatdırıb. Qonaq Ukraynanın Cənubi Qafqazda baş verən ictimai-siyasi prosesləri diqqətlə izlədiyini, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqq işini və ərazi bütövlüyünü müdafiə etdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR