Bank Of Baku

Arif Hacılı: “Bələdiyyə seçkilərində müxalifətdən olan bütün namizədləri müdafiə etməliyik”

Arif Hacılı: “Bələdiyyə seçkilərində müxalifətdən olan bütün namizədləri müdafiə etməliyik”
# 10 aprel 2009 14:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyalar bu ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı vahid seçki bloku yaratmaya da bilər. Hərəkata daxil olan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, müxalifət partiyaları indiki mərhələdə yalnız bələdiyyə seçkilərində birgə iştiraka dair qərar qəbul ediblər: “Amma detallar razılaşdırılmayıb. Konseptual olaraq biz seçki kampaniyasında təxminən referendumda olduğu kimi iştirak etmək fikrindəyik. Yəni hər partiyaya fəaliyyət azadlığı veriləcək və ümumi siyasətin birgə aparılması konsepsiyası tətbiq olunacaq. Namizədlər isə ya partiyalar tərəfindən irəli sürüləcək, ya da fərdi şəkildə. Amma bundan asılı olmayaraq Müsavat Partiyasında üstünlük təşkil edən fikir odur ki, xüsusilə seçki dairələrinin çoxmandatlı olduğunu nəzərə alaraq müxalifətdən olan bütün namizədləri müdafiə etməliyik”. A. Hacılının sözlərinə görə, istənilən halda Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyalar birgə kampaniya aparacaq: “Seçkilərə xeyli vaxt var və konkret qərarların qəbulunda tələskənliyə ehtiyac yoxdur”. A. Hacılı yekun qərarın avqust – sentyabr ayında veriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR