Bank Of Baku

Bərdədəki siyasi partiya və ictimai təşkilatlar bəyanatla çıxış ediblər

Bərdədəki siyasi partiya və ictimai təşkilatlar bəyanatla çıxış ediblər
# 13 aprel 2009 09:27 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Bərdədə fəaliyyət göstərən siyasi partiyalar, qeyri-hökumət təşkilatları və ictimai təşkilatlar bəyanat veriblər. APA-nın məlumatına görə, QAT, KAXCP, Müsavat, Ümid, AXCP, AİP, BAXCP, VHP, AVP və BAP-ın Bərdədə fəaliyyət göstərən təşkilatlarının imzaladığı bəyanatda Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz bildirilib. Bəyanatda Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin yaradılması ehtimalına qarşı etiraz ifadə olunub: “Türkiyə rəhbərliyi ən yüksək səviyyədə illərdir ki, dəfələrlə Qarabağ məsələsi ədalətli həllini tapmayınca, ermənilərin Türkiyənin şərq ərazilərinə iddialardan əl çəkməyincə, saxta “erməni soyqırımı”nın tanınmasından əl çəkməyincə Ermənistanla hər hansı səviyyədə münasibətlərin yaradılmasının qeyri-mümkün olduğunu bildirib. Bu məsələlərdə heç bir irəliləyişin və dəyişikliyin olmadığı bir vaxtda, dünya gücləri tərəfindən dəstəklənən, daha çox aqressivləşən Ermənistanla münasibətlərin qurulması nə Türkiyənin milli maraqlarının inkişafına, nə də regional inkişafa müsbət təsir edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR