Bank Of Baku

“Borçalı” Cəmiyyətinin sədri dəyişdirilib

“Borçalı” Cəmiyyətinin sədri dəyişdirilib
# 13 aprel 2009 09:41 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Borçalı” Cəmiyyətinin növbəti konfransı keçirilib. Cəmiyyətin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 12-də keçirilən konfransda cəmiyyətin sədri Eyvaz Borçalı başda olmaqla, İdarə Heyəti tam tərkibdə istefaya göndərilib. Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Zəlimxan Məmmədli “Borçalı” Cəmiyyətinin sədri seçilib və 19 nəfərlik İdarə Heyəti formalaşdırılıb. Konfrans iştirakçıları adından Azərbaycan prezidenti İlham Əliyevə, Gürcüstan prezidenti Mixail Saakaşviliyə və Borçalı əhalisinə müraciət ünvanlanıb. Müraciətlərdə Gürcüstanda yaşayan Azərbaycan türklərinin bu ölkənin aborigen milləti olduğu və dövlətçiliyin qorunmasında oynadıqları rol xüsusi qeyd olunub. İ. Əliyevə ünvanlanan müraciətdə bildirilir ki, cəmiyyət azərbaycanlıların problemlərinin həlli istiqamətində Azərbaycan hakimiyyəti ilə qarşılıqlı əməkdaşlığa hazırdır.

“Borçalı” Cəmiyyətinin sabiq sədri Eyvaz Borçalı sədrlikdən öz istəyi ilə uzaqlaşdığını söyləyib: “Bundan sonra cəmiyyətin Ağsaqqallar Şurasında fəaliyyətimi davam etdirəcəyəm. Artıq yaşım aktiv fəaliyyət göstərməyə imkan vermir. Buna görə də yerimizi gənclərə verməyi məqsədəuyğun hesab etdik”.

Cəmiyyətin yeni sədri Z. Məmmədli isə qurumun yeni fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyini və bu planlarını reallaşdırmaq üçün ictimai-siyasi təşkilatlarla, dövlət strukturları ilə birgə çalışacaqlarını açıqlayıb: “Təşkilatı regionçuluq prinsiplərindən uzaqlaşdırıb, ümumazərbaycan maraqlarına, həmçinin Azərbaycanda yaşayan gürcülərin hüquqlarının qorunması işinə yönəldəcəyik. Azərbaycanda etnik ayrı-seçkilik olmasa da, bu qurumu Azərbaycandakı gürcülərin də cəmiyyətinə çevirməyə cəhd edəcəyik. Hesab edirəm ki, birgə yaşayışın təməlləri buradan keçir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR