Bank Of Baku

Demokratiya Uğrunda Hərəkat Pənah Hüseynə tapşırıq verib

Demokratiya Uğrunda Hərəkat Pənah Hüseynə tapşırıq verib
# 13 aprel 2009 12:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Demokratiya Uğrunda Hərəkatın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. DUİ-dən APA-ya verilən məlumata görə, yığıncaqda Türkiyə-Ermənistan münasibətləri və regionda yaranan yeni geosiyasi situasiyada Qarabağ münaqişəsi ətrafındakı durum müzakirə edilib. DUİ bununla əlaqədar Türkiyə prezidenti Abdullah Gülə, baş nazir Rəcəb Tayyib Ərdoğana və Böyük Millət Məclisinin sədri Köksal Toptana müraciət ünvanlayıb. Müraciətdə Türkiyə-Ermənistan sərhədlərinin açılması və Qarabağ problemi həll edilmədən Ermənistanla münasibətlərin normallaşdırılması cəhdindən narahatlıq ifadə olunub, bu prosesin Türkiyə-Azərbaycan qardaşlığına ciddi zərbə vuracağı, həmçinin türk düşmənlərinin Azərbaycan daxilində bundan Türkiyə əleyhinə istifadə edəcəyi bildirilib. Toplantıda Milli Məclisin deputatı, DUİ-nin parlament təmsilçisi Pənah Hüseynə tapşırılıb ki, işğal olunmuş torpaqların silahlı qüvvələrdən istifadə etməklə azad olunması məqsədilə Milli Məclisin prezidentə müraciəti layihəsini qanunvericilik təşəbbüsü qaydasında hazırlasın. Yığıncaqda yaranmış vəziyyətin müzakirə edilməsi üçün ölkədə fəaliyyət göstərən partiyaların və vətəndaş cəmiyyəti qurumlarının Qarabağ Forumuna çağırılması da məqsədəuyğun sayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR