Bank Of Baku

YAP Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin hazırlıqlarına başlayıb

YAP Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin hazırlıqlarına başlayıb
# 13 aprel 2009 13:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2009-cu ilin sonunda Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin hazırlıqlarına başlayıb. Partiyanın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı APA-ya açıqlamasında bildirib ki, seçkiyə hazırlıq işləri yüksək səviyyədə gedir.

M. Qurbanlı partiyanın bütün bələdiyyələrə namizəd irəli sürəcəyini, seçki kampaniyasında müasir seçki texnologiyalarından istifadə edəcəyini deyib.

Onun sözlərinə görə, YAP-ın kifayət qədər seçki təcrübəsi var və bu təcrübə partiyanın bələdiyyə seçkilərində də qalib gəlməsini təmin edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR