Bank Of Baku

BAXCP: Ermənistanla sərhədlərin açılması Azərbaycan və Türkiyə xalqlarının qardaşlıq münasibətlərinə, Türk birliyinə ciddi ziyan vuracaq

BAXCP: Ermənistanla sərhədlərin açılması Azərbaycan və Türkiyə xalqlarının qardaşlıq münasibətlərinə, Türk birliyinə ciddi ziyan vuracaq
# 13 aprel 2009 17:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

İdarə Heyətində Ankara və İrəvan arasında gedən məxfi danışıqlar, o cümlədən Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində aparılan müzakirələrlə bağlı da fikir mübadiləsi aparılıb. BAXCP İdarə Heyəti belə bir addımın atılacağı təqdirdə Azərbaycan və Türkiyə xalqlarının qardaşlıq münasibətlərinə, Türk birliyinə ciddi ziyan dəyə biləcəyini bəyan edib: "Türkiyə hökuməti, ilk növbədə, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn əsas prinsiplərini önə çəkərək, təcavüzkar ölkə ilə sərhədlərini açmamalıdır".

BAXCP İdarə Heyəti baş verən hadisələrdən Azərbaycanın da nəticə çıxarmasının vacibliyini vurğulayıb: “Yaranmış vəziyyət bir daha sübuta yetirdi ki, Azərbaycan xalqı torpaqlarının işğaldan azad edilməsiylə bağlı nə beynəlxalq təşkilatların, nə də müxtəlif ölkələrin bəyanatlarına deyil, yalnız öz gücünə güvənməlidir”.

BAXCP İdarə Heyətinin açıqlamasında o da bildirilir ki, ölkənin iqtisadi qüdrətinin və müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində daha intensiv və məqsədyönlü fəaliyyət göstərilməli, vəd olunan islahatlara başlanmalıdır: "Ölkənin iqtisadi potensialının gücləndirilməsi, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması, peşəkar ordu quruculuğu prosesinin həyata keçirilməsi üçün bütün sahələrdə ciddi və təxirəsalınmaz islahatlar aparılmalıdır". BAXCP İdarə Heyətinin qənaətinə görə, bunun üçün ilk növbədə bəzi layihələr ən azı Azərbaycan əraziləri işğaldan azad edilənədək təxirə salınmalı, ölkə iqtisadiyyatını inkişaf etdirəcək layihələr həyata keçirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR