Bank Of Baku

Azərbaycan Milli Məclisi İTV Yayım Şurası üzvlərini təsdiqləyib

Azərbaycan Milli Məclisi İTV Yayım Şurası üzvlərini təsdiqləyib
# 14 aprel 2009 11:05 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Yayım Şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələyə baxılıb. APA-nın xəbərinə görə, bu barədə MM-in Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib. Komitə sədri qeyd edib ki, İTV-nin Yayım Şurasının tərkibi 2, 4, 6 illik müddətə seçilir. Şuraya sahibkarlar təşkilatlarından, gənclər təşkilatlarından və qadın təşkilatlarından olan namizədlər MM-ə təqdim olunub.
Məsələ müzakirə edildikdən sonra sahibkarlar təşkilatlarından Namiq Məmmədov, gənclər təşkilatlarından Fuad Muradov, qadın təşkilatlarından isə Zərifə Salahova Yayım Şurasının üzvü kimi təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR