Bank Of Baku

Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçiriləcək

Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçiriləcək
# 14 aprel 2009 11:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mayın 2-də Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçiriləcək. Məclis sədri Sülhəddin Əkbərin APA-ya verdiyi məlumata görə, iclasda referendumdan sonra yaranmış ictimai-siyasi vəziyyət və bu ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı məsələlər müzakirə olunacaq. S. Əkbər bələdiyyə seçkilərində müxalifətin Qarabağ və Respublika Uğrunda Hərəkat çərçivəsində iştirak edəcəyini və buna görə də müxalifətdaxili əməkdaşlıq haqqında müzakirələrin nəzərdə tutulmadığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR