Bank Of Baku

Qarabağ və Respublika Uğrunda Hərəkat DUİ-nin təklifini rədd edib

Qarabağ və Respublika Uğrunda Hərəkat DUİ-nin təklifini rədd edib
# 14 aprel 2009 14:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) müxalifətin ümumi konfransının keçirilməsi ilə bağlı təklifi reallaşmayıb. Hərəkatın üzvü, millət vəkili Pənah Hüseynin APA-ya verdiyi məlumata görə, səbəb Qarabağ və Respublika Uğrunda Hərəkatda təmsil olunan partiyaların belə bir konfransın keçirilməsinə maraq göstərməməsi olub. O bildirib ki, DUİ-nin danışıqlar aparmaq üçün nümayəndələr müəyyənləşdirməsinə baxmayaraq, hərəkata daxil olan partiyalar heç ilkin müzakirələrə də razılıq verməyiblər. İndiki məqamda müxalifətin bir yerdə olmasını vacib sayan P. Hüseyn bu istiqamətdə cəhdləri davam etdirəcəklərini söyləyib: “Müxalifət partiyaları qarşıdan gələn bələdiyyə və parlament seçkiləri ilə bağlı indidən müəyyən qərarlar qəbul etməlidir. Gecikmə ümumi işin ziyanınadır. Biz məsələni yenə müzakirə edəcəyik. Razılıq olmasa, bu təklifdən vaz keçilməsi mümkündür”.

Xatırladaq ki, DUİ-yə daxil olan partiyalar yeni Konstitusiya layihəsinin hazırlanması, sosial-iqtisadi vəziyyət və növbəti seçkilərlə bağlı müxalifətin müvafiq komissiyalarının yaradılması təklifi ilə çıxış edib. Bu təklifin reallaşması üçün isə müxalifətin ümumi konfransının keçirilməsi ideyası irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR