Bank Of Baku

Deputatlar bəzi təkliflərlə çıxış ediblər

Deputatlar bəzi təkliflərlə çıxış ediblər
# 28 aprel 2009 10:32 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirilir. APA-nın xəbərinə görə, iclas cari məsələlərin müzakirəsi ilə başlayıb. Millət vəkili İqbal Ağazadə deyib ki, bəzi sahələrdə büdcə təşkilatlarında işləyənlərə bir neçə aydır, əməkhaqqı verilmir: “Kim əmək haqqını istəyir onu işdən çıxarmaqla hədələyirlər”.

Spiker Oqtay Əsədov isə bildirib ki, büdcə təşkilatlarında belə bir problem ola bilməz.

Q. Həsənquluyev çıxışında Azərbaycandakı özəl liseylərinin fəaliyyətini tənqid edərək, onların milliləşdirilməsinin vacibliyini vurğulayıb: “Özəl liseylər Azərbaycanın seçmə, istedadlı şagirdlərini götürür, sonra isə deyirlər ki, ali məktəblərə ən çox onların şagirdləri daxil olur, bunu öz adlarına çıxırlar. Hazırkı təhsil haqqında qanunla orta məktəblərdə test keçirilməsi nəzərdə tutulmur”.

Millət vəkili Pənah Hüseyn 1 mayın Əmək Bayramı və qeyri-iş günü hesab edilməsi ilə bağlı MM-ə qanun layihəsi təqdim etdiyini deyib, buna baxılmasını təklif edib. O,
Qarabağla bağlı gedən proseslər barədə də sənəd hazırladığını, layihənin deputatlara paylanıb müzakirə olunmasını istəyib. P. Hüseyn, həmçinin Bakıda “Şəhidlər” məscidinin fəaliyyətinin dayandırılmasına etiraz edib.

O. Əsədov deputatın 1 mayla bağlı fikirlərinə münasibət bildirərkən “Bu bayramı sizin hakimiyyət ləğv edib” söyləyib.

Spiker məscidlə bağlı deyilənlərə isə belə cavab verib: “Heç kim sensasiya axtarmasın. Azərbaycan və Türkiyə xalqlarının arasına heç kim girə bilməz”.

Deputat Asim Mollazadə isə bəzi təhsil müəssisələrinin rüşvətlə diplom verdiklərini deyib: “BDU-dan başqa, heç bir ali təhsil müəssisəsi Bolonya prosesinə keçməyib. Çünki bu onlara sərf etmir”.

Daha sonra gündəlikdəki məsələlərin müzakirəsi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR