Bank Of Baku

Fələstin dövlətinin Baş naziri Fəxri xiyabanı ziyarət edib

Fələstin dövlətinin Baş naziri Fəxri xiyabanı ziyarət edib
# 16 iyul 2026 11:31 (UTC +04:00)

Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

APA xəbər verir ki, Fələstin dövlətinin Baş naziri Ulu Öndərin məzarı önünə əklil qoyub.

Fələstin dövlətinin Baş naziri Məhəmməd Mustafa, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, məzarı üzərinə tər güllər düzüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR