Bank Of Baku

Milli Məclisdə vitse-spikerlə millət vəkili arasında mübahisə düşüb

Milli Məclisdə vitse-spikerlə millət vəkili arasında mübahisə düşüb
# 28 aprel 2009 11:05 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin iclasında “Şəhərsalmanın əsasları haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı məsələnin müzakirəsi zaman vitse-spiker Valeh Ələsgərovla millət vəkili İqbal Ağazadə arasında mübahisə yaranıb. APA-nın xəbərinə görə, İ. Ağazadə Bakıda şəhərsalma prinsiplərinə riayət olunmadığını, vətəndaşların incidildiyini, qanunsuzluqlara yol verildiyini bildirib. V. Ələsgərov isə deputatları layihəyə səs verməyə çağırıb: “Hansı deputatın canı yanırsa, getsin layihə hazırlasın, parlamentə təqdim eləsin. Özlərinə hörmət etsinlər, boş-boş danışmasınlar”.

İ. Ağazadə isə ona “Boş-boş sən danışırsan, sözlərinə fikir ver” söyləyib. V. Ələsgərovun deputata xitabən “Buranı sirkə çevirməyin” sözlərinə İ. Ağazadənin reaksiyası daha sərt olub: “Sirk ustası sən özünsən”.

Vitse-spiker “Görüm iclasdan sonra da bu sözləri deyə biləcəksənmi” sözlərinə isə İ. Ağazadə “Harada lazım olsa, deməyə hazıram” cavabını verib.

Qanuna əlavə və düzəlişlər qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR