Bank Of Baku

Milli Məclis Azərbaycanla Küveyt və İran arasında bir sıra sahələrdə saziş layihələrini təsdiq edib

Milli Məclis Azərbaycanla Küveyt və İran arasında bir sıra sahələrdə saziş layihələrini təsdiq edib
# 28 aprel 2009 11:27 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında Azərbaycanla Küveyt və İran arasında bir sıra sahələrdə saziş layihələri ratifikasiya edilib. APA-nın xəbərinə görə, Azərbaycanla İran arasında imzalanan sazişlər ikiqat vergi tutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması ilə bağlıdır. Bundan başqa, təsdiq edilən sənədlərə iki ölkə arasında iqtisadiyyat və ticarət üzrə əhatəli əməkdaşlığa dair protokol da daxildir.
Azərbaycanla Küveyt arasında təsdiq edilən sənədlərə isə sərmayələrin təşviqi və qorunması, iki ölkənin hökumətləri arasında ticarət sazişinin təsdiq olunması, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması barədə sazişlər daxildir.
İclasda Azərbaycanla Avropa Birliyi komissiyası arasında çərçivə sazişi də təsdiq edilib.
Deputatlar, həmçinin “Yanğın təhlükəsizliyi haqqında”, “Milli Arxiv fondu haqqında”, “Şəhərsalmanın əsasları haqqında”, “Dövlət Qulluğu haqqında” qanunlara, İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul ediblər.

Hazırda MM-də Hesablama Palatasının hesabatı dinlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR