Bank Of Baku

DUİ ilə Qarabağ və Respublika Uğrunda Hərəkat arasında baş verən anlaşılmazlıq aradan qaldırılıb

DUİ ilə Qarabağ və Respublika Uğrunda Hərəkat arasında baş verən anlaşılmazlıq aradan qaldırılıb
# 28 aprel 2009 11:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Demokratiya Uğrunda İttifaqla (DUİ) Qarabağ və Respublika Uğrunda Hərəkat arasında baş verən anlaşılmazlıq aradan qaldırılıb. DUİ-nin üzvü olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun APA-ya verdiyi məlumata görə, hərəkata üzv olan partiyaların rəhbərləri ilə bir neçə görüş keçirilib və bir sıra məsələlərdə razılaşmalar əldə olunub. Partiya sədri görüşlərdə bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində müxalifətin birgə iştirakı, referendumun nəticələrinin aradan qaldırılması və digər məsələlər ətrafında müzakirələrin aparıldığını qeyd edib: “İndiki məqamda əldə olunan razılaşmalarla bağlı hələlik mətbuata açıqlama verməyi tez hesab edirik. Qısa müddətdə bu müzakirələr yekunlaşacaq və konkret qərar qəbul ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR