Bank Of Baku

ASDP yeni qərargaha köçüb

ASDP yeni qərargaha köçüb
# 28 aprel 2009 11:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) yeni qərargaha köçüb. Partiyanın həmsədri Araz Əlizadənin APA-ya verdiyi məlumata görə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən onlara Binəqədi rayonu ərazisində Azadlıq prospekti, 200 ünvanında bu ilin əvvəllərində ayrılmış yeni qərargahda əsaslı təmir işləri aparılıb. A. Əlizadə yeni qərargahın 3 kabinet, 1 zaldan ibarət olduğunu, normal iş şəraitinin yaradıldığını vurğulayıb.

Qeyd edək ki, ASDP-nin keçmiş qərargahı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə verildiyindən onlar həmin binadan çıxarılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR