Bank Of Baku

ASDP bələdiyyə seçkilərində heç bir bloka qoşulmayacaq

ASDP bələdiyyə seçkilərində heç bir bloka qoşulmayacaq
# 28 aprel 2009 11:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) heç bir seçki blokuna qoşulmayacaq. Partiyanın sədri Araz Əlizadə APA-ya açıqlamasında bildirib ki, hazırda seçkilərdə iştirakla bağlı müzakirələr aparılır və ASDP-nin namizədləri müəyyənləşir. O, ASDP-nin seçkidə partiya olaraq iştirak edəcəyini bildirib: “Azərbaycanda seçki blokları, ittifaqlar yaratmağın heç bir mənası yoxdur. Çünki siyasi partiyaların arasında müttəfiqlik mədəniyyəti inkişaf etməyib”.

A. Əlizadə özünün bələdiyyə seçkilərində namizəd olacaq iştirak etməyəcəyini də bildirib: “Əgər Bakı şəhərinə mer seçkiləri olsa idi, iştirak edərdim. Bəzi şəxslər təklif edirlər ki, partiya sədrləri də bələdiyyəyə öz namizədliklərini versinlər. Amma bizim öz yolumuz var və o yolla gedirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR